Menyu

"Qarabağ" Futbol Akademiyasına yeni məşqçi cəlb olunub

Operativ Media
"Qarabağ" Futbol Akademiyasına yeni məşqçi cəlb olunub
1 dəq oxu

"Qarabağ" Futbol Akademiyasında yeni təyinat gerçəkləşib.

Operativ Media xəbər verir ki, rəhbərlik yeni məşqçi ilə anlaşıb.

Gənc mütəxəssis Salman Atluxanovla razılıq əldə olunub. Bu haqda gənc məşqçi sosial media hesabında paylaşım edib.

31 yaşlı məşqçi bundan sonra Ağdam təmsilçisinin akademiyasında fəaliyyət göstərəcək.

Qeyd edək ki, o, futbolçu karyerasında "Şahdağ", "Bakı" və "Lokomotiv"in formasını geyinib. Oyunçu həmçinin Türkiyənin Bal Liqasında da top qovub.

Əlaqəli Xəbərlər