Menyu

"Qəbələ" mərkəz müdafiəçisi transfer etdi

Operativ Media
"Qəbələ" mərkəz müdafiəçisi transfer etdi
1 dəq oxu

"Qəbələ” yay fasiləsində daha bir transferini reallaşdırıb. 

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Konqo Demokratik Respublikasından olan Natan Monzanqo (Nathan Monzango) ilə 1+1 illik müqavilə bağlayıb. 25 yaşlı mərkəz müdafiəçisinin son klubu “Bravo” (Sloveniya) olub. 

O, buna qədər “Şole”, “Amyen”, “Pau”, ”Vilfranş” (hamısı Fransa), “Çaykur Rizespor” (Türkiyə) klublarının şərəfini qoruyub.

Əlaqəli Xəbərlər