"İnter" üç futbolçusu ilə yollarını ayırdı
"İnter" müqavilə müddətləri başa çatan müdafiəçilər Matteo Darmian, Françesko Açerbi və Stefan de Vreyin ilə yollarını ayırıb.
Operativ Media xəbər verir ki, bu haqda Milan klubunun mətbuat xidməti məlumat yayıb.
Darmian 2021-ci il iyulun 1-dən "İnter"də çıxış edirdi. O, 2025/2026-cı illər mövsümündə 9 oyunda meydanda olub. "Transfermarkt" portalı 36 yaşlı futbolçunun dəyərini 1,40 milyon avro qiymətləndirir.
Açerbi Milan klubuna 2023-cü ilin yayında qoşulub. O, 2025/2026-cı illər mövsümündə 26 matçda iştirak edib. "Transfermarkt" 38 yaşlı müdafiəçinin qiymətinin 2 milyon avro olduğunu göstərir.
De Vrey runs 2018-ci il iyulun 1-dən "İnter"in şərəfini qoruyurdu. Niderlandlı oyunçu 2025/2026-cı illər mövsümündə 17 qarşılaşmada şans qazanıb. "Transfermarkt" 34 yaşlı futbolçuya 3 milyon avro qiymət qoyub.
Qeyd edək ki, "İnter" 2025/2026-cı illər mövsümündə 87 xal toplayaraq İtaliya çempionu olub.