Menyu

Bakıda Beynəlxalq Olimpiya Komitəsinin yaranmasının 132-ci ildönümü qeyd olunub

Operativ Media
Bakıda Beynəlxalq Olimpiya Komitəsinin yaranmasının 132-ci ildönümü qeyd olunub
1 dəq oxu

İyunun 30-da Dədə Qorqud parkında Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Olimpiya Komitəsinin təsis edilməsinin 132-ci ildönümünə həsr olunmuş ənənəvi “Olimpiya Günü” tədbiri keçirilib.

Operativ Media xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Olimpiya çempionları, idman veteranları, idman ictimaiyyətinin nümayəndələri, məktəblilər və valideynlər iştirak ediblər.

Tədbir çərçivəsində BOK-un yaranma tarixi, Pyer de Kubertenin ideyaları, Olimpiya Hərəkatının əsas dəyərləri və “Olimpiya Günü”nün mahiyyəti barədə məlumat verilib.

Həmçinin 1952–1992-ci illərdə Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının nailiyyətlərinə həsr olunan videoçarxlar nümayiş etdirilib.

Tədbir çərçivəsində məktəblilər arasında estafet qaçışı və kəndirdartma yarışları keçirilib, qaliblər medal və diplomlarla mükafatlandırılıb.

Əlaqəli Xəbərlər