Menyu

Şəxsiyyətləri müəyyənləşdirilən daha 6 itkin şəhid dəfn olunacaq

Operativ Media
Şəxsiyyətləri müəyyənləşdirilən daha 6 itkin şəhid dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab olunan və şəxsiyyətləri müəyyənləşdirilən daha 6 itkin şəhid dəfn ediləcək.

Bu barədə Operativ Media-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, onlardan Yarməmməd Maqsud oğlu Nuriyev iyulun 1-də Xaçmaz rayonunun Köhnə Xudat kənd qəbiristanlığında torpağa tapşırılacaq.

İyulun 3-də isə Bahadur Məhəmməd oğlu Kamalov Kəlbəcər rayonunun Zar kəndindəki yeni qəbiristanlıqda, Mədinə Rəhim qızı Babayeva Kəlbəcər rayonunun Daşbulaq kənd qəbiristanlığında, Rauf Əjdər oğlu Əhmədov Goranboy rayonunun Sarov kənd qəbiristanlığında, Dəyanət Salik oğlu Musayev Ucar rayonunun Boyat kənd qəbiristanlığında, Möysüm Murad oğlu Əliyev isə Füzuli rayonunun Mahmudlu 2 kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər