Avropa çempionatı: Azərbaycanın yeniyetmə cüdoçusu gümüş medal qazandı
Operativ Media
İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı keçirilir.
Operativ Media xəbər verir ki, ikinci yarış günündə-73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycanın yeniyetmə cüdoçusu Sadiq Məmmədov gümüş medal qazanıb. O, finalda bolqarıstanlı İvan Nikolçevə məğlub olub.
Qeyd edək ki, daha əvvəl Zəhra Quliyeva (-48 kq) qızıl, Nihad Ağayev (-50 kq) qızıl, Fərid Rzazadə (-50 kq) gümüş, Könül Eyvazlı (-48 kq), İbrahim Talibov (-55 kq) və İbrahim Qarayev isə bürünc medal qazanıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma