Menyu

Nizami və Sabunçu rayonlarının bir sıra ərazilərində qaz kəsiləcək

Operativ Media
Nizami və Sabunçu rayonlarının bir sıra ərazilərində qaz kəsiləcək
1 dəq oxu

Sabah Bakının Nizami və Sabunçu rayonlarının bir sıra ərazilərində qaz kəsiləcək.

Operativ Media xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Aşkarlanmış qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun Keşlə qəsəbəsinin, Sabunçu rayonunun Maştağa qəsəbəsinin, Yeni Sahənin, Subtropik Sovxozun, Konserv zavodunun və Daş Karxanasının qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Əlaqəli Xəbərlər