Menyu

Avropa çempionatı: Azərbaycanın daha 5 yeniyetmə cüdoçusu mübarizəyə qoşulur

Operativ Media
Avropa çempionatı: Azərbaycanın daha 5 yeniyetmə cüdoçusu mübarizəyə qoşulur

Bu gün İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatında fərdi yarışlara yekun vurulacaq.

Operativ Media xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanı daha beş cüdoçu təmsil edəcək.

Oğlanlar arasında 81 kq çəki dərəcəsinin 1/16 final mərhələsində Yaqub Məmmədov Bosniya və Herseqovinadan olan Yan Markoviçlə, Ayxan Həsənli isə Rumıniya təmsilçisi Akos Naqi ilə qarşılaşacaq.

90 kq çəki dərəcəsinin 1/8 finalında Ömər Axundov Kipr təmsilçisi Qriqorios Mirazanaşvili ilə Estoniyadan olan Kaur Leetsar arasındakı görüşün qalibi ilə üz-üzə gələcək.

Qızların yarışında 70 kq çəki dərəcəsinin 1/16 finalında Məsumə Məmmədli Fransanı təmsil edən Norah Qossetlə mübarizə aparacaq. +70 kq çəki dərəcəsinin 1/8 finalında isə Zemfira Əliyeva İspaniya təmsilçisi Ballalo Kulibali Ture ilə qarşılaşacaq.

Təsnifat mərhələsi saat 13:30-da, final bloku isə saat 19:30-da başlayacaq. Yarışlar Judo TV vasitəsilə canlı yayımlanacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər