Bakıda kişi və qadın sürücülər arasında insident yaşanıb

Fərrux Qocamanlı
Bakıda kişi və qadın sürücülər arasında insident yaşanıb

Bakıda kişi və qadın sürücülər arasında insident yaşanıb. 

"Bizim.Media"nın yaydığı xəbərə görə, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. 

Belə ki, Nərimanov rayonu ərazisində "Mercedes" markalı "10-AU-052" dövlət nömrə nişanlı avtomobilin sürücüsü xanım sürücüyə yol verməyib, eyni zamanda təhlükəli manevrlər edərək, qəza şəraiti yaradıb.

Daha sonra həmin şəxs xanım sürücüsünü təqib edib. O, nəqliyyat vasitəsində əyləşən iki xanımı nalayiq ifadələr işlədərək, təhqir edib. 

Baş verən hadisənin görüntülərini sizə təqdim edirik: 

Digər xəbərlər