Menyu

Azərbaycan PL-də son 5 mövsümün tamaşaçı sayları açıqlanıb

Operativ Media
Azərbaycan PL-də son 5 mövsümün tamaşaçı sayları açıqlanıb

Azərbaycan Peşəkar Futbol Liqası (PFL) ölkə çempionatının son beş mövsümünə dair azarkeş statistikasını ictimaiyyətə təqdim edib.

Operativ Media  xəbər verir ki, statistikaya əsasən, 2021/22 mövsümündə keçirilən 112 qarşılaşmanı stadionlardan ümumilikdə 89 min 10 tamaşaçı izləyib ki, bu da hər oyuna orta hesabla 795 azarkeş deməkdir. Növbəti – 2022/23 mövsümündə isə həm oyun sayının (180 oyun), həm də azarkeş marağının kəskin artması müşahidə olunub. Həmin çempionatda ümumi tamaşaçı sayı 261 min 564-ə, oyunbaşına düşən orta göstərici isə 1453-ə yüksəlib.

​Yüksəliş tendensiyası 2023/24 mövsümündə də davam edib. Səfərlərdə və doğma meydanlarda keçirilən 180 matçda tribunaları ümumilikdə 276 min 487 tamaşaçı doldurub (orta hesabla 1536 nəfər). 2024/25 mövsümündə də aktivlik qorunub saxlanılıb və arenaya gələnlərin ümumi sayı 275 min 933 nəfər (orta hesabla 1533 nəfər) təşkil edib.
​PFL-in hesabatında ən diqqətçəkən məqam isə 2025/26 mövsümünə təsadüf edir. Komandaların və oyunların sayının artması ilə (198 oyun) stadionlara gələn futbolsevərlərin ümumi sayı son 5 ilin pik nöqtəsinə — 285 min 778 tamaşaçıya çatıb. Bu mövsümdə hər oyuna orta hesabla 1443 azarkeş düşüb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər