Menyu

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

Operativ Media
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

2026-cı il iyunun 30-da Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Qurumdan Operativ Media-ya bildirilib ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə sistemində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

İclasda Məhkəmə-Hüquq Şurasının Aparatı və işçi qrupları tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış layihələr ətrafında müzakirələr aparılıb, “Azərbaycan Respublikası məhkəmələrinin ədalət mühakiməsinin həyata keçirilməsi fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə sahə Siyahısı və onun tətbiq olunmasına dair Təlimat” və dövrün tələblərinə uyğun olaraq yenidən işlənilmiş “Hakimlərin Etik Davranış Kodeksi” layihələri təsdiq olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər