Menyu

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Operativ Media
Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin iyulun 1-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, arabir yağış yağır.

Operativ Media xəbər verir ki, bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub. Şahdağın 3500 metrdən yüksəklikdə yerləşən ərazilərinə qar yağması müşahidə edilmişdir.

Düşən yağıntının miqdarı: Şəkidə 46 (aylıq normanın 76 %-i), Oğuzda 36 (aylıq normanın 54 %-i), Göyçayda 20 (aylıq normanın 93 %-i), Ağdamda 16 (aylıq normanın 55 %-i), Qəbələdə 15, Qaxda (Sarıbaş) 13, Yevlaxda 12 (aylıq normanın 57 %-i), Mingəçevirdə 10 (aylıq normanın 50 %-i), Xızıda 8, Zaqatala, Kürdəmirdə 7 (aylıq normanın 52 %-i), Gədəbəydə 7, Goranboy, Şahdağ, Şamaxıda 6, Xaltan, Tərtərdə 5, Lənkəran, Qobustan, Xınalıq, Balakən, Göygöldə 4, Ağstafa, Qrız, Astara, İmişlidə 3, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Bərdə, Zərdab, Şəmkir, Tovuz, Cəbrayıl, Daşkəsəndə 2, Naftalan, Quba, Qusar, Beyləqan, Sabirabad, Kürdəmir, Biləsuvar, Lerik, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər