Menyu

"Qarabağ"ın "Vestri" ilə oyunlarının hakim təyinatları açıqlandı

Operativ Media
"Qarabağ"ın "Vestri" ilə oyunlarının hakim təyinatları açıqlandı

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Vestri” (İslandiya) oyununun təyinatları açıqlanıb.

Operativ Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçı Moldovadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Roman Jitar, yan xətt hakimləri Vlad Lifçu və Vadim Vikol, dördüncü hakim Andrey Bregutse olacaq. VAR hakimi İsveçrədən Luka Çibelli, AVAR hakimi isə Anoen Kanaqasinqam təyin edilib.

Bakıdakı görüş iyulun 9-da saat 20:00-da start götürəcək.

Bu komandaların Reykyavikdəki “Trouttarvöllur” stadionunda keçiriləcək cavab oyunu isə Çexiyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Marek Radina olacaq. Ona yan xətt hakimləri Kamil Hayek və Petr Kotalik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Vokoun yerinə yetirəcək. VAR hakimi Tomaş Koçourek, AVAR hakimi isə Ondrjey Berka olacaq.

İslandiyadakı matç iyulun 16-da Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər