Menyu

Azərbaycan Cüdo Federasiyası Yardımlıda kəmər imtahanı təşkil edəcək

Operativ Media
Azərbaycan Cüdo Federasiyası Yardımlıda kəmər imtahanı təşkil edəcək

İyulun 2-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Yardımlıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

Operativ Media xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hər kəs üçün açıqdır. Kəmər seçimi iştirakçıların yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla başa vuran namizədlərə Azərbaycan Cüdo Federasiyası tərəfindən müvafiq kəmər və sertifikat təqdim olunacaq.

Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.

İmtahan Yardımlı Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər