Menyu

Yelo Bank ASK tərəfindən "Fəxri Fərman"la təltif edilib

Operativ Media
Yelo Bank ASK tərəfindən "Fəxri Fərman"la təltif edilib
1 dəq oxu
Azərbaycan Sahibkarlar Konfederasiyası növbəti fəal üzvünü xüsusi Fəxri Fərmanla təltif edib.

Operativ Media xəbər verir ki, Yelo Bank ASC "Dövlət-özəl dialoqunun inkişafına verdiyi dəstəyə görə" bu mükafata layiq görülüb.

Mükafatı ASK-nın Baş katibi Ziya Hacılı Bankın İdarə Heyətinin sədr müavini Elşən Pirmalıyevə təqdim edib.

Təqdimat mərasimi zamanı baş tutan görüşdə Konfederasiyanın dövlət-özəl dialoqu çərçivəsində son bir ildə gördüyü işlər barədə məlumat verilib, tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri və yeni ortaq layihə imkanları ətrafında səmərəli müzakirələr aparılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər