Menyu

Avropa Çempionatı: Azərbaycanın daha iki yeniyetmə cüdoçusu bürünc medal qazandı

Operativ Media
Avropa Çempionatı: Azərbaycanın daha iki yeniyetmə cüdoçusu bürünc medal qazandı
1 dəq oxu

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı keçirilir.

Operativ Media xəbər verir ki, üçüncü yarış günündə -81 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Həsənli bürünc medal qazanıb. O, həlledici görüşdə sloveniyalı Maks Çebulyaya tam üstünlüklə qalib gəlib.

Eyni çəki dərəcəsində yarışan Yaqub Məmmədov estoniyalı Aleksey Kikası məğlub edərək bürünc medal qazanıb.

Qeyd edək ki, daha əvvəl Zəhra Quliyeva (-48 kq) qızıl, Nihad Ağayev (-50 kq) qızıl, Fərid Rzazadə (-50 kq) və Sadiq Məmmədov (-73 kq) gümüş, Könül Eyvazlı (-48 kq), İbrahim Talibov (-55 kq) və İbrahim Qarayev isə bürünc medal qazanıb.

Əlaqəli Xəbərlər