Menyu

"Sabah" kurasaolu vingerlə gücləndi

Operativ Media
"Sabah" kurasaolu vingerlə gücləndi
1 dəq oxu

“Sabah” yeni futbolçu ilə anlaşıb.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı vinger Ksander Severina bundan sonra "bayquşlar"ın uğurları üçün çalışacaq.

Kurasaolu futbolçu İsrailin “Makkabi” (Hayfa) klubundan transfer edilib. Yeni transferimizlə 2+1 illik müqavilə bağlanıb. 

Severina karyerası ərzində Niderlandın “Den Haaq” (2021-2023), Serbiyanın “Partizan” (2023-2024), Portuqaliyanın “Kaza Pia” (2025-2026) və İsrailin “Makkabi” (Hayfa, 2024-2026) komandalarında çıxış edib. O, Kurasao millisinin heyətində 5 oyun keçirib.

Əlaqəli Xəbərlər