Enner Valensiya Ekvador millisi ilə vidalaşdı
Operativ Media
Ekvador millisinin hücumçusu Enner Valensiya 2026-cı il dünya çempionatının 1/16 finalında Meksikaya məğlubiyyətdən (0:2) sonra beynəlxalq karyerasını başa vurduğunu elan edib.
Operativ Media xəbər verir ki, finiş fitindən sonra emosiyalarını cilovlaya bilməyən 35 yaşlı hücumçu diz çökərək göz yaşlarına qərq olub.
"Kədərliyəm, amma eyni zamanda daxilən rahatam, çünki Ekvador millisinə hər zaman sadiq qalmışam. Bu, milli komandadakı son oyunum idi. Hamı ilə vidalaşdım. Çox qəmli bir gündür, vidalaşmağımın məhz bu cür olmasını istəməzdim", – deyə "El Comercio" Valensiyanın sözlərindən sitat gətirib.
Valensiya 2012-ci ildən Ekvador yığmasında çıxış edirdi. O, keçirdiyi 109 oyunda 49 qol vurub və 15 məhsuldar ötürmə edib. Futbolçunun aktivində, həmçinin 15 sarı və 2 qırmızı vərəqə var.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net