Yeniyetmə cüdoçuların Avropa çempionatında qarışıq komanda yarışlarına start verilir
Operativ Media
Bu gün İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatı başa çatacaq.
Operativ Media xəbər verir ki, turnirin son yarış günündə qarışıq komanda yarışları keçiriləcək.
Azərbaycan yığması 1/8 final mərhələsində Çexiya komandası ilə qarşılaşacaq.
Qarışıq komanda yarışında görüşlər oğlanlar arasında -60 kq, -81 kq və +81 kq, qızlar arasında isə -48 kq, -63 kq və +63 kq çəki dərəcələrində təşkil olunacaq. Yarışda ümumilikdə 13 ölkənin yığma komandası və 137 cüdoçu mübarizə aparacaq.
Təsnifat mərhələsi saat 13:30-da, final bloku isə saat 19:30-da başlayacaq.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma