Menyu

Azərbaycanın basketbol millisi Avropa çempionatında bu gün Lüksemburqla üz-üzə gələcək

Operativ Media
Azərbaycanın basketbol millisi Avropa çempionatında bu gün Lüksemburqla üz-üzə gələcək

​Avropa çempionatının ilkin qrup mərhələsində mübarizə aparan kişi basketbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün növbəti rəsmi matçını keçirəcək.

Operativ Media xəbər verir ki, baş məşqçi Tahir Baxşıyevin yetirmələri turnirin 5-ci turu çərçivəsində Lüksemburq kollektivinin qonağı olacaq.

​Səfər qarşılaşmasının start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.

​Qeyd edək ki, hazırda turnir cədvəlinə 8 xalla Şimali Makedoniya başçılıq edir. Növbəti rəqibimiz Lüksemburq 6 xalla ikinci, İrlandiya isə 5 xalla üçüncüdür. Eyni xala (5 xal) malik olan Azərbaycan milli komandası isə dördüncü sırada qərarlaşıb. Milli komanda bu oyundan dərhal sonra vətənə qayıdaraq iyulun 5-də Bakıda irlandiyalıları qəbul edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər