Menyu

Nani: "Kriştianu Ronaldu hələ də oyunun taleyini həll edə bilər"

Operativ Media
Nani: "Kriştianu Ronaldu hələ də oyunun taleyini həll edə bilər"

Kriştianu Ronaldu DÇ-2026-nın pley-off mərhələsinin oyunlarında komandaya fayda verəcək.

Operativ Media xəbər verir ki, bunu Portuqaliya millisinin keçmiş hücumçusu Nani ölkəsinin mətbuatına açıqlamasında deyib. 

​"Hər kəs Kriştianu ilə maksimum dərəcədə əlaqə qurmağa çalışmalıdır. İnanın ki, o, turnirin sonunadək qollar vuracaq. Əksəriyyət onun oynamasını istəyir, bəziləri isə komandanın enerji itirdiyini və daha böyük əzmlə pressinq etmək imkanından məhrum olduğunu düşünərək bunu istəmir.

​Lakin unutmamalıyıq ki, o, oyunun taleyini həll etmək gücündədir. Kriştianu müdafiəçilərin diqqətini yayındırır. Sözsüz ki, o, öz oyununu məşqçinin qurduğu sistemə uyğunlaşdırmalı və hər kəs onun hərəkətlərini anlamalıdır. Əgər mən qaçaraq özümlə iki oyunçunu aparıramsa, lakin heç kim boş qalan sahəyə doğru qaçmırsa, bunun heç bir mənası yoxdur", — deyə Nani bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər