Menyu

Azərbaycanın fiqurlu konkisürmə millisinə daha bir əcnəbi idmançı cəlb olunub

Operativ Media
Azərbaycanın fiqurlu konkisürmə millisinə daha bir əcnəbi idmançı cəlb olunub
1 dəq oxu

Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub.

Azərbaycan Qış İdman Növləri Federasiyasından (AQİFN) Operativ Media-ya bildirilib ki, Beynəlxalq Fiqurlu Konkisürmə Birliyinə (İSU) yeniyetmə fiqurlu konkisürən Veronika Jilina ilə bağlı ünvanlanan müraciət müsbət dəyərləndirilib və rusiyalı idmançının tək konkisürmə dissiplini üzrə Azərbaycanı təmsil etməsinə rəsmi icazə verilib.

Veronika Jilina 2026–2027-ci illər mövsümündən etibarən beynəlxalq yarışlarda buz üstünə çıxaraq Azərbaycan adına mübarizə aparacaq.

Qeyd edək ki, hazırda tək konkisürmə dissiplini üzrə beynəlxalq yarışlarda ölkəmizi Səbinə Əliyeva, Leyli Axundova, Nərgiz Süleymanova və Arina Kaluqina təmsil edirlər.

Əlaqəli Xəbərlər