Ordubadda qazın verilişi bərpa olunub - YENİLƏNİB
Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Yaycı kəndi ərazisində minik avtomobilinin Ordubad rayonunu təbii qazla təmin edən magistral xəttə çırpılması nəticəsində dayandırılan mavi yanacağın verilişi bərpa edilib.
Operativ Media xəbər verir ki, hadisə səbəbindən bu gün saat 16:55-dən etibarən Ordubad rayonunun qaz təchizatı müvəqqəti dayandırılmışdı.
Aidiyyəti qurumun əməkdaşları tərəfindən aparılan operativ təmir-bərpa işləri uğurla yekunlaşdırılıb və rayona təbii qazın verilişi tam şəkildə bərpa olunub.
18:13
Ordubadda minik avtomobili qaz xəttinə çırpılıb.
Operativ Media xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində rayonun "mavi yanacaq" təchizatı dayandırılıb.
Bildirilib ki, qəzanın nəticələri aradan qaldırılanadək təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq.
"Mavi yanacaq" təchizatı təmir-bərpa işləri başa çatdıqdan sonra bərpa ediləcək.