Menyu

Sabunçuda avtomobil beton maneəyə çırpılıb

Operativ Media
Sabunçuda avtomobil beton maneəyə çırpılıb
1 dəq oxu

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, qəza zamanı hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

Nəticədə avtomobili idarə edən şəxs hadisə yerində həyatını itirib.

Qəza zamanı avtomobildə olan 35 yaşlı Fəridə Bədəlova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Əlaqəli Xəbərlər