Menyu

"Qarabağ"ın "Vestri" ilə oyununun biletləri satışa çıxarılır

Operativ Media
"Qarabağ"ın "Vestri" ilə oyununun biletləri satışa çıxarılır

Avropa Liqası I təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Vestri” oyununun biletləri sabah saat 15:00-dan etibarən satışda olacaq.

Operativ Media-nın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün bilet qiymətləri belədir:

Standart biletlərin qiymətləri:

5, 10, 15 və 20 AZN

VIP sektorlar: 50, 75 və 100 AZN

 VVIP sektorlar: 150 AZN

Qeyd: VIP sektora bilet əldə etmiş azarkeşlər üçün həmin zonada çay süfrəsi təqdim olunacaq.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.

Onlayn bilet alışı zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Xatırladaq ki, görüş iyulun 9-da Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matç saat 20:00-da başlayacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər