Menyu

Kriştianu Ronaldu Xorvatiya ilə oyunun ən yaxşısı seçilib

Operativ Media
Kriştianu Ronaldu Xorvatiya ilə oyunun ən yaxşısı seçilib
1 dəq oxu

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünya çempionatının 1/16 finalında Xorvatiyaya qarşı keçirilən oyunda (2:1) matçın ən yaxşı futbolçusu seçilib.

Operativ Media ​xəbər verir ki, start heyətində meydana çıxan 41 yaşlı portuqaliyalı 68-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Bu, onun karyerası ərzində dünya çempionatlarının pley-off mərhələlərində vurduğu ilk qol olub. Ronaldu 81-ci dəqiqədə Ruben Neveşlə əvəzlənib.

​Portuqaliya yığması DÇ-2026-nın 1/8 finalında İspaniya ilə qarşılaşacaq. İspanlar iyulun 2-də, cümə axşamı günü baş tutan oyunda Avstriyanı darmadağın ediblər (3:0).

Əlaqəli Xəbərlər