Menyu

Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 27-yə çatıb

Operativ Media
Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 27-yə çatıb

Rusiyanın Kiyevə endirdiyi kütləvi zərbə nəticəsində həlak olanların sayı 27-yə yüksəlib.

Operativ Media xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, yaralılardan biri tibb müəssisəsində vəfat edib, daha bir qurbanın cəsədi isə binanın dağıntıları altından çıxarılıb.

Qurumdan əlavə olunub ki, Ukrayna paytaxtında zərbələrin endirildiyi yerlərdə axtarış-xilasetmə işləri fasiləsiz olaraq davam etdirilir.

Hakimiyyət iyulun 3-nü Kiyevdə matəm elan edib. Mer Vitali Kliçkonun sözlərinə görə, şəhərin hər yerində ziyan qeydə alınıb. Həmçinin qeyd edilib ki, zədələnmiş yaşayış binalarının daxilində insanlar bloklanmış vəziyyətdə qalmaqdadır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər