"Brayton" avstriyalı müdafiəçi ilə gücləndi
Operativ Media
"Brayton" "Venesiya"nın müdafiəçisi Mixael Svoboda ilə müqavilə imzalayıb.
Operativ Media xəbər verir ki, sözləşmə 2030-cu il iyunun 30-na qədər nəzərdə tutulub. Transfer məbləği 5 milyon avro dəyərində qiymətləndirilir.
27 yaşlı avstriyalı futbolçunun İtaliya klubu ilə müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədə idi. Svoboda 2025/2026-cı illər mövsümündə keçirdiyi 30 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Müdafiəçi karyerası ərzində "Tirol" və "Ştadlau" klublarında da çıxış edib.
"Transfermarkt" portalı Avstriya millisinin sabiq üzvünün transfer dəyərini 3,5 milyon avro olaraq qiymətləndirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net