Menyu

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının biletləri satışa çıxarılıb

Operativ Media
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının biletləri satışa çıxarılıb
1 dəq oxu

Oktyabrın 4–11-də Bakı şəhərində keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının biletləri satışa çıxarılıb.

Operativ Media xəbər verir ki, fünya cüdosunun ən nüfuzlu yarışlarından biri hesab olunan çempionat Milli Gimnastika Arenasında təşkil ediləcək. Yarışda dünyanın müxtəlif ölkələrindən ən güclü cüdoçuların iştirakı gözlənilir.

Çempionat günlərində azarkeşlər həm fərdi, həm də qarışıq komanda yarışlarında dünya səviyyəli qarşılaşmaları canlı izləmək imkanı əldə edəcəklər.

Biletləri iTicket.az saytı vasitəsilə onlayn, həmçinin şəhərin müxtəlif satış məntəqələrindən əldə etmək mümkündür.

Əlaqəli Xəbərlər