Menyu

İsveçrəli Yoan Manzambi dünya çempionatının tarixinə düşdü

Operativ Media
İsveçrəli Yoan Manzambi dünya çempionatının tarixinə düşdü
1 dəq oxu

İsveçrə millisinin yarımmüdafiəçisi Yoan Manzambi 2026-cı il dünya çempionatının 1/16 finalında Əlcəzair yığması ilə matçda (2:0) məhsuldar ötürmə edib.

Operativ Media ​"Opta"ya istinadən xəbər verir ki, 20 yaş 261 günlük olan yarımmüdafiəçi bir dünya çempionatında 5 məhsuldar xal toplayan tarixin ən gənc futbolçusu olub. Onun aktivində artıq 3 qol və 2 məhsuldar ötürmə var. Bu cür statistikanın toplanmasına 1966-cı ildən başlanılıb.

​DÇ-2026-nın 1/8 finalına yüksələn İsveçrə bu mərhələdə Kolumbiya – Qana cütünün qalibi ilə qarşılaşacaq.

Əlaqəli Xəbərlər