Menyu

Riyad Mahrez Əlcəzair millisindəki karyerasını başa vurdu

Operativ Media
Riyad Mahrez Əlcəzair millisindəki karyerasını başa vurdu
1 dəq oxu

Əlcəzair millisinin hücumçusu Riyad Mahrez yığma komandadakı karyerasını başa vurduğunu elan edib.

​Operativ Media xəbər verir ki, 35 yaşlı forvard üçün 2026-cı il dünya çempionatının 1/16 finalında İsveçrə yığmasına qarşı keçirilən oyun (0:2) sonuncu olub.

​Mahrez 31 may 2014-cü ildə debüt etdiyi Əlcəzair millisində 12 ildən çox çıxış edib. "Əl-Əhli"nin vingeri milli komandada 119 matça çıxıb, bu oyunlarda 40 qol vurub və 45 məhsuldar ötürmə edib.

​Keçirdiyi oyunların sayına görə Mahrez yalnız Aissa Mandidən (122 oyun), vurduğu qolların sayına görə isə İslam Slimanidən (46 qol) geri qalır.

Əlaqəli Xəbərlər