Menyu

Acun Ilıcalının klubu ingilis qapıçı transfer etdi

Operativ Media
Acun Ilıcalının klubu ingilis qapıçı transfer etdi
1 dəq oxu

Qapıçı Cek Batlend "Hall Siti" ilə müqavilə imzalayıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilənin müddəti 2028-ci il iyunun 30-dək nəzərdə tutulub.

​33 yaşlı ingiltərəli qolkiper bu kluba "Reyncers"dən transfer olunub. Sazişin dəyəri 3,5 milyon avro qiymətləndirilir. Batlendin Şotlandiya klubu ilə müqaviləsi 2027-ci il mayın 31-nə qədər qüvvədə idi.

​2025/26 mövsümündə Batlend keçirdiyi 55 matçda 72 qol buraxıb, 16 oyunda isə qapısını toxunulmaz saxlayıb.

​"Transfermarkt" İngiltərə millisinin sabiq oyunçusunun transfer dəyərini 1,5 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər