Menyu

“Xankəndi” FK yeni mövsüm üçün hazırlıq planlarını açıqladı

Operativ Media
“Xankəndi” FK yeni mövsüm üçün hazırlıq planlarını açıqladı
1 dəq oxu

Birinci Liqada debüt etməyə hazırlaşan “Xankəndi” Futbol Klubu yeni mövsümün hazırlıqlarına start verir.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təlim-məşq toplanışı iyul ayının 20-də start götürəcək. Komanda bu mərhələdə fiziki hazırlığın yüksəldilməsi və heyət formalaşdırılması istiqamətində intensiv məşqlərə başlayacaq.

Bununla yanaşı, transfer çalışmalarına da start verilib. Klub rəhbərliyi artıq bir sıra iddialı futbolçularla danışıqlar aparır.

Əlaqəli Xəbərlər