Azərbaycan Balkan çempionatında 10 atletlə mübarizə aparacaq
Operativ Media
Sloveniyanın Novo Mesto şəhərində keçiriləcək U-18 Balkan çempionatında Azərbaycanın 10 atleti mübarizə aparacaq.
Operativ Media Azərbaycan Atletika Federasiyasına istinadən xəbər verir ki, turnirdə idmançılar müxtəlif növlərdə güclərini sınayacaqlar.
Məşqçilər Orxan Aslanov, Mixal Poqani və Anar Yusifovun rəhbərliyi altında çempionatda Safiya Kərimova (100 metr), Mədinə Hüseynzadə (400 metr), Gülçin Nağıyeva (800 metr), Zeynəb Əmrahova (lövhə atma), Ramil İsmayılov (üçtəkanla tullanma), Şamxal Həsənzadə (uzunluğa tullanma), Mehdi Abaszadə (400 metr), Bülbül Babayev (hündürlüyə tullanma), Daniil Şuvayev (100 metr) və Loğman İsrafilli (800 metr) yarışacaqlar.
Qeyd edək ki, Balkan çempionatı iyulun 4-də start götürəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net