Menyu

"Mançester Siti" gənc vingerlə güclənir

Operativ Media
"Mançester Siti" gənc vingerlə güclənir
1 dəq oxu

​"Mançester Siti" gələcəyə yönəlmiş layihəsinin tərkib hissəsi kimi yeni vinger Jeremi Monqanın transferi barədə razılıq əldə edib.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb  

Mənbənin məlumatına görə, ​"Arsenal" təxminən bir aydır ki, "Lester Siti" ilə danışıqlar aparsa da, yekun razılığa gələ bilməmişdi. "Şəhərlilər" isə çevik tərpənərək bu transferi rəqibinin əlindən qaçırmağı bacarıb.

​İngiltərənin ən parlaq gənc istedadlarından biri hesab olunan 16 yaşlı futbolçunun yaxın vaxtlarda rəsmi müqaviləyə imza atacağı gözlənilir. Transfer məbləğinin isə təxminən 10 milyon funt-sterlinq civarında olacağı bildirilir.

Əlaqəli Xəbərlər