Menyu

Azərbaycanda mebel sahəsində 31 yeni dövlət standartı qəbul edilib

Operativ Media
Azərbaycanda mebel sahəsində 31 yeni dövlət standartı qəbul edilib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən mebel sahəsində yeni 31 dövlət standartları qəbul edilib.

Operativ Media bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu dövlət standartlarının qəbulunda məqsəd ölkədə mebel sənayesinin inkişafı, bu sahədə istehsal olunan məhsulların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsi, ixrac məhsullarının çeşidinin və rəqabət qabiliyyətinin artırılması, eləcə də sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, istehlakçıların tələb və gözləntilərinin təmin edilməsindən ibarətdir.

Yeni dövlət standartı layihələri AZSTAND tərəfindən təsis edilən "Mebel sənayesi məhsulları" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 14) təqdimatları əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Qeyd edək ki, sözügedən dövlət standartları "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı" çərçivəsində qəbulu nəzərdə tutulan "Mebel məhsullarının təhlükəsizliyi haqqında" texniki reqlamentin istinad standartları sırasına daxildir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər