Menyu

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Operativ Media
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
1 dəq oxu

Konstitusiya Məhkəməsi Palatasının iclasında Nərimanov Rayon Məhkəməsinin müraciətinə baxılıb.

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Bu barədə Operativ Media-ya Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 66.5-ci və 81.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun avqustun 4-nə təyin olunmuş iclasında baxılacaq.

Əlaqəli Xəbərlər