Menyu

Klopp Almaniya milli komandasına rəhbərlik etməyə razıdır

Operativ Media
Klopp Almaniya milli komandasına rəhbərlik etməyə razıdır
1 dəq oxu

Almaniya Futbol İttifaqı (DFB) Yurgen Klopp ilə Almaniya milli komandasına rəhbərlik etmək imkanını müzakirə etmək üçün danışıqlara başlayacaq.

Operativ Media xəbər verir ki, bu barədə DFB-nin mətbuat xidməti məlumat yayıb.

​Bildirilir ki, "Liverpul" və "Borussiya"nın keçmiş baş məşqçisi milli komandada işə başlamağa hazırdır.

​Qeyd edək ki, iyulun 3-də Almaniya millisinin 2026-cı il dünya çempionatını tərk etməsindən sonra Yulian Nagelsmannın istefaya getdiyi məlum olub. İyunun 29-da almanlar DÇ-2026-nın 1/16 final mərhələsində Paraqvaya məğlub olublar (1:1, penaltilər seriyası – 3:4).

​59 yaşlı Klopp 2024-cü ildə "Liverpul"dan ayrılıb. O, 2025-ci ildən "Red Bull" şirkətində məsləhətçi kimi fəaliyyət göstərir.

Əlaqəli Xəbərlər