Menyu

"Qarabağ"ın oyununa bilet satışı müvəqqəti dayandırıldı

Operativ Media
"Qarabağ"ın oyununa bilet satışı müvəqqəti dayandırıldı

“Qarabağ” klubu UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri”yə (İslandiya) qarşı keçiriləcək oyunun biletlərinin satışı ilə bağlı azarkeşlərə müraciət edib.

Operativ Media xəbər verir ki, müraciətdə bilet satışının müvəqqəti dayandırıldığı, buna texniki problemin səbəb olduğu bildirilib.

Bildirilib ki, iticket. az saytda yaranan ləngimənin əsas səbəbi DigitalOcean Managed Database xidmətində baş vermiş texniki nasazlıqdır.

“Əziz “Qarabağ” azarkeşləri.

Biletlərə göstərdiyiniz böyük marağın fərqindəyik.

Saytda yaranmış ləngimənin əsas səbəbi DigitalOcean Managed Database xidmətində baş vermiş texniki problem və bunun nəticəsində database performansının zəifləməsi olub.

Bilet satışı sabah, 4 iyul saat 15:00-da başlayacaq.

Narahatlığa görə üzr istəyirik”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər