Menyu

"Fənərbaxça" "Mançester Siti"nin müdafiəçisini transfer etdi

Operativ Media
"Fənərbaxça" "Mançester Siti"nin müdafiəçisini transfer etdi

Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən "Fənərbaxça" "Mançester Siti"nin niderlandlı müdafiəçisi Natan Akeni heyətinə qatıb.

Operativ Media ​xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Həm mərkəz, həm də sol cinah müdafiəçisi mövqelərində çıxış edə bilən Natan Ake karyerasına "Feyenoord"un akademiyasında başladıqdan sonra gənc yaşlarında "Çelsi"yə transfer olunub. "Çelsi" tərəfindən "Redinq", "Vatford" və "Bornmut" klublarına icarəyə verilən niderlandlı futbolçu 2017-ci ildə 22,8 milyon avro qarşılığında transfer hüququ ilə birlikdə "Bornmut"a keçib. Buradakı uğurlu çıxışından sonra o, 2020-ci ilin yayında təxminən 45,3 milyon avro transfer məbləği müqabilində "Mançester Siti"yə yollanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər