Menyu

Fransa millisi heyətini açıqladı: Əfsanəvi cüdoçu Teddi Riner Bakıya gəlir

Operativ Media
Fransa millisi heyətini açıqladı: Əfsanəvi cüdoçu Teddi Riner Bakıya gəlir
1 dəq oxu

4–11 oktyabr tarixlərində Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatında iştirak edəcək Fransa millisinin heyəti müəyyənləşib.

Fransa yığması fərdi yarışlarda 17 cüdoçu (8 kişi və 9 qadın) ilə təmsil olunacaq. Komanda kişilərdə 5, qadınlarda isə 6 çəki dərəcəsində mübarizə aparacaq.

Fransa millisinin heyətində cüdo tarixinin ən titullu idmançılarından biri olan Teddi Riner (+100 kq) də yer alıb. Beşqat Olimpiya çempionu, 12 qat dünya çempionu və 5 qat Avropa çempionu olan 37 yaşlı ağırçəkili cüdoçu Bakıda növbəti dəfə titul uğrunda tatamiyə çıxacaq.

Fransa millisinin heyəti:

Kişilər

-60 kq – Luka Mxeidze, Romen Valadye-Pikar

-66 kq – Valid Xyar, Dayki Buba

-73 kq – Joan-Benjamin Qaba, Dayan Bulemtafes

-90 kq – Maksim-Qael Nqayap Hambu

+100 kq – Teddi Riner

Qadınlar

-48 kq – Şirin Bukli

-57 kq – Sara-Leoni Sizik

-63 kq – Klaris Aqbeqnenu, Manon Deketer

-70 kq – Klemans Em

-78 kq – Odri Tşeumeo, Kayla İssufi

+78 kq – Roman Diko, Lea Fonten

Bundan başqa, oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında Fransa millisinin heyətində Maksim Qober (-73 kq), Aleksis Matyö (-90 kq), Mateo Akiana Monqo, Tyeman Diabi (hər ikisi+90 kq), həmçinin Marta Favaz (-57 kq) yer alacaq.

Əlaqəli Xəbərlər