Menyu

Nəsimi rayonunda qəzalı ağaclarla bağlı tədbirlər görülüb

Operativ Media
Nəsimi rayonunda qəzalı ağaclarla bağlı tədbirlər görülüb
1 dəq oxu

Bakının Nəsimi rayonunda inkişafını artıq dayandırmış, kökləri qurumuş, eləcə də qəzalı vəziyyətdə olan, güclü şəkildə əyilmiş və ətrafdakılar üçün təhlükə yaradan iri ağacların kəsilməsi və ərazidən çıxarılması istiqamətində genişmiqyaslı işlər aparılır.

Operativ Media xəbər verir ki, kəsilmiş ağacların yerində yeni ağaclar əkilir.

Bununla yanaşı, kəsilən hər bir ağac üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Ekspertiza Agentliyinin müvafiq rəyləri əvvəlcədən alınıb.

Əlaqəli Xəbərlər