Menyu

Bakıda daha iki küçədə hərəkət məhdudlaşdırılacaq

Operativ Media
Bakıda daha iki küçədə hərəkət məhdudlaşdırılacaq

Bakının daha iki yol sahəsində təmir işləri aparılır.

Bu barədə Operativ Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə paytaxtın bəzi ərazilərində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar qısa müddətlik hərəkət tam məhdudlaşdırılacaq.

Belə ki, Abbasqulu ağa Bakıxanov küçəsi (Azadlıq prospektindən Ceyhun Hacıbəyli küçəsinədək) bu gün saat 21:00-dan iyulun 6-sı, saat 06:00-dək yol tam bağlanacaq.

Bundan başqa, Nazim Hikmət küçəsi (Mətbuat prospektindən Abbas Mirzə Şərifzadə küçəsinədək) iyulun 5-i, saat 07:00-dan iyulun 7-si, saat 23:00-dək yol tam bağlanacaq.

Sürücülərdən xahiş olunur ki, təmir işləri aparılan müddətdə alternativ marşrutlardan istifadə etsinlər. Müvəqqəti yol nişanlarının və hərəkətin təşkili ilə bağlı tənzimləyici vasitələrin tələblərinə əməl etsinlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər