Menyu

Naftalan, Samux və Mingəçevirdə “Sağlam məhəllə” idman zonaları istifadəyə verilib

Operativ Media
Naftalan, Samux və Mingəçevirdə “Sağlam məhəllə” idman zonaları istifadəyə verilib
1 dəq oxu

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində iyulun 3-də Naftalan, Samux, Mingəçevir şəhərlərində idman zonaları istifadəyə verilib.

Operativ Media xəbər verir ki, Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Açılış mərasimlərində gənclər və idman naziri Fərid Qayıbov, müvafiq rayonların icra hakimiyyətlərinin başçıları, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər və gənc idmançılar iştirak ediblər.

Hər bir “Sağlam məhəllə”də minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat və trenajor avadanlıqları quraşdırılıb. Nazir Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla və məhəllə sakinləri ilə söhbət edib.

Qeyd edək ki, indiyədək Bakı şəhərində və müxtəlif rayonlarda 21 “Sağlam məhəllə” layihəsi icra edilib.

Əlaqəli Xəbərlər