Menyu

İsmayıllıda ağır yol qəzası baş verib, iki nəfər ölüb

Operativ Media
İsmayıllıda ağır yol qəzası baş verib, iki nəfər ölüb
1 dəq oxu

İsmayıllı rayonunda "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

Operativ Media xəbər verir ki, nəticədə nəqliyyat vasitəsində olan 52 yaşlı İlqar Süleymanov və 67 yaşlı Elmira Duxiyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüb, bir nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Əlaqəli Xəbərlər