Menyu

"Neftçi" Dünya Qadın Seriyasında yarımfinala yüksəlib

Operativ Media
"Neftçi" Dünya Qadın Seriyasında yarımfinala yüksəlib
1 dəq oxu

"Neftçi"nin 3x3 basketbol komandası Fransanın Marsel şəhərində təşkil olunan Dünya Qadın Seriyasında bu gün növbəti matçını keçirib.

Operativ Media xəbər verir ki, komanda Uqanda yığması ilə üz-üzə gəlib.

Bakı vaxtı ilə saat 19:30-da start götürən qarşılaşma "Neftçi"nin qələbəsi ilə başa çatıb.

Yarımfinal oyunu saat 21:50-də keçiriləcək.

Qeyd edək ki, Bakı klubu ötən gün A qrupunda Macarıstan (19:18) və Slovakiya (21:14) millilərinə qalib gəlib.

Əlaqəli Xəbərlər