Menyu

"Turan Tovuz" rusiyalı qapıçı transfer etdi

Operativ Media
"Turan Tovuz" rusiyalı qapıçı transfer etdi
1 dəq oxu

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib. 

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi rusiyalı qapıçı Aleksey Kenyaykini heyətinə qatıb.

Rusiyalı əlcək sahibi ilə 2 illik müqavilə bağlanıb. 27 yaşlı Kenyaykin ilk dəfə legioner həyatı yaşayacaq. 199 santimetr boya malik olan qolkiper karyerası ərzində "Orenburq", "Torpedo" (Moskva), "Volqa" (Ulyanovsk) klublarının formasını geyinib.

Əlaqəli Xəbərlər