Menyu

"Reuters": Tramp İnfantinodan ABŞ hücumçusunun cəzasını ləğv etməsini istəyib

Operativ Media
"Reuters": Tramp İnfantinodan ABŞ hücumçusunun cəzasını ləğv etməsini istəyib
1 dəq oxu

ABŞ lideri Donald Tramp Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni Infantinodan şəxsən xahiş edib ki, ABŞ millisinin hücumçusu Folarin Boloqunun dünya çempionatının 1/8 final mərhələsindəki oyun üçün nəzərdə tutulan diskvalifikasiyası ləğv olunsun.

Operativ Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

​Agentliyin mənbəsinin bildirdiyinə görə, Tramp ötən həftə bu xahişlə Infantinoya zəng edib.

​Bundan əvvəl "The Athletic" portalı FIFA-nın İntizam Komitəsinin Boloqunun cəzasını təxirə saldığını və onun belçikalılara qarşı keçiriləcək növbəti oyunda iştirakına icazə verdiyini xəbər vermişdi. Bu qərardan sonra Tramp FIFA-ya minnətdarlığını bildirib. O, "Truth Social" şəbəkəsindəki hesabında federasiyanın "doğru addım ataraq böyük bir haqsızlığı düzəltdiyini" yazıb.

​Qeyd edək ki, Boloqun Bosniya və Herseqovina komandasına qarşı keçirilən 1/16 final oyununda (2:0) müdafiəçi Tarik Muxaremoviçə qarşı qayda pozuntusuna görə qırmızı vərəqə alıb. Amerikalı hücumçu rəqibin ayağına arxadan butsla zərbə endirib. Qaydalara əsasən, futbolçu 1/8 final qarşılaşmasını buraxmalı idi. ABŞ və Belçika milliləri arasındakı oyun iyulun 7-nə keçən gecə baş tutacaq.

Əlaqəli Xəbərlər