Henderson İngiltərənin qələbəsini qeyd edərkən xəsarət alıb
Operativ Media
İngiltərə millisinin yarımmüdafiəçisi Cordan Henderson 2026-cı il dünya çempionatının 1/8 finalında Meksika yığması ilə keçirilən oyundan (3:2) sonra meydanı sərbəst tərk edə bilməyib.
Operativ Media xəbər verir ki, 36 yaşlı futbolçunu meydandan xərəklə aparmaq məcburiyyəti yaranıb.
Təcrübəli oyunçu qələbə sevincini qeyd edərkən reklam lövhələrinin üzərindən tullanmaq istəyib, lakin bu zaman ayağı ilişərək qolunun üstünə yıxılıb. Hadisədən bir qədər əvvəl isə o, hakimlə mübahisə etdiyi üçün sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, Henderson bu qarşılaşmada start heyətində yer almayıb və bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib.
Yarımmüdafiəçi DÇ-2026-da yalnız Panama ilə matçda altı dəqiqə meydanda olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net