Menyu

Holann dünya çempionatları tarixinin 52 illik rekordunu təkrarlayıb

Operativ Media
Holann dünya çempionatları tarixinin 52 illik rekordunu təkrarlayıb
1 dəq oxu

Norveç millisinin hücumçusu Erlinq Holann dünya çempionatları tarixinin rekordunu təkrarlayıb.

Operativ Media "Opta"ya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu buna DÇ-2026-nın 1/8 final mərhələsində Braziliya yığmasına qalib gəldikləri matçda (2:1) dubl etməklə nail olub.

Forvard debüt mundialında qollarının sayını 7-yə çatdırıb. 1974-cü ildə polşalı Qjeqoj Lyato ilk dəfə qatıldığı dünya çempionatında 7 dəfə fərqlənmişdi.

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

Əlaqəli Xəbərlər